Nəticələr açıqlandı

neticeler-aciqlandi
Oxunma sayı: 2393

İş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqədə 1726 müəllim yerləşdirmə zamanı proqram təminatı vasitəsilə balına uyğun olaraq müraciət etdiyi vakansiyalardan birinə yerləşdirilib.

Müsbət cavab alan müəllimlər şəxsiyyət vəsiqəsi, əmək kitabçası, diplom və onun əlavəsi (yenidənhazırlanması varsa baza diplomu da gətirilməlidir), indiki iş yerində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surəti ilə birlikdə şəxsi səhifədə qeyd olunmuş tarixdə Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun (TİPİİ) İnsan Resursları Mərkəzinə yaxınlaşmalıdır.

Sənədlərin əslini vaxtında və tam şəkildə təqdim etməyən müəllimlərin nəticələri ləğv ediləcək.