Nəticələr açıqlandı-Tələbələr üçün

neticeler-aciqlandi-telebeler-ucun
Oxunma sayı: 670

TQDK mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, abituriyentlərin həmin məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmələrinə imkan yaradılıb. Bunun üçün onlar iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.

Cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolub. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı “Abituriyent“ jurnalının 6-cı sayında dərc olunub. Jurnalın bu sayında müsabiqə nəticəsində ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi və ödənişli əsaslarla formalaşmış keçid balları da təqdim olunub. Tələbə qəbulu qaydalarının 16-cı bəndinə əsasən təhsilalma formasından asılı olmayaraq (əyani, qiyabi) hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri avqustun 8-dən avqustun 17-dək qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. “Abituriyent” jurnalının 7-ci sayında ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı çap ediləcək.