Nəticələr iyunun 2-də açıqlanacaq

neticeler-iyunun-2-de-aciqlanacaq
Oxunma sayı: 662

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 27 şəhərində keçirdiyi sınaq imtahanlarının nəticələrini iyunun 2-dək açıqlayacaq. Bu barədə bazar ertəsi Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Qobustan, Göygöl, Samux, Şəki, Oğuz, Kürdəmir, İmişli, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib. Sınaq imtahanlarında iştirak üçün 31842 abituriyent qeydiyyatdan keçib.

Növbəti - sonuncu sınaq imtahanı iyunun 5-də keçiriləcək. Hazırda həmin imtahana qeydiyyat davam edir.