“Nəticəmiz əladır” - Dani Kintana

neticemiz-eladir
Oxunma sayı: 1009

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə “Roma”ya uduzan (0:1) "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana oyunla bağlı fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, ispan futbolçu qarşılaşmanın bərabər səviyyədə keçdiyini deyib:
 
“Oyun bərabər səviyyədə keçdi, olduqca güclü rəqibə qarşı mübarizə apardıq. Bizim də qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, bundan istifadə edə bilmədik. Hesab edirəm ki, "Roma"ya qarşı layiqli mübarizə apara bildik”. 
 
“Qarabağ”ın ÇL-dəki çıxışını da dəyərləndirən Kintana, çətin qrupda yer almaqlarına baxmayaraq, əla çıxış etdiklərini bildirib:
 
“Qrupumuz olduqca səviyyəli, rəqiblərimiz əzəmətli, Avropada adlarından söz etdirmiş komandalar idi. Köhnə qitə bu komandaları yaxşı tərəfdən tanıyır. Bunların hər birini nəzəra alsaq, bizim nəticəmiz əladı”.