“Nəyin yanlış olduğunu deməyəcəm” - Daliç

neyin-yanlis-oldugunu-demeyecem
Oxunma sayı: 2016

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsinin ilk turunda Xorvatiya millisi evdə Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zlatko Daliç fikirlərini bölüşüb. 52 yaşlı mütəxəssis qələbəni şərh edib:

- Xoşbəxtəm, çünki ən önəmli olan 3 xaldır. Oyunun ilk dəqiqələrindən qol fürsətlərindən yararlana bilmirdik. İlk qolu vurmaq çətin oldu. Rəqib hesabı açandan sonra səbirli olmalı idik. Marselo Brozoviçlə Ante Rebiçə meydana ilk dəqiqələrdən buraxmamaqla istirahət verdik, çünki zədələrin yeni bərpa ediblər. Onlara Macarıstanla oyunda ehtiyacımız olacaq. Bruno Petkoviç və Yosip Brekalodan razı qaldım. Üç gün ərzində güclənəcəyimizi və Macarasıtanla oyunda bundan daha da yaxşı oynaycağımızı düşünürəm.

Daliç səbirli oyunla 3 xal qazandıqlarını bildirib: "Bu, ilk oyun idi. Nəyin yanlış olduğunu deməyəcəm. Səbirli davrandıq və 3 xal qazandıq. 3 xalla yanaşı, Rebiçlə Brozoviçi də qoruduq. İlk hissənin sonunda vurduğumuz qol bizi xilas etdi. Bizi daha sakit duruma gətirdi".