Neymar Braziliyaya qələbə qazandırdı - Video

neymar-braziliyaya-qelebe-qazandirdi
Oxunma sayı: 1866

Braziliya millisi yoldaşlıq matçında Uruqvayla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, matçın taleyini 1 qol həll edib.

Neymarın 76-cı dəqiqədə penaltidən vurduğu qol Braziliyaya qələbə qazandırıb.

Qeyd edək ki, Braziliya dünya çempionatındakı uğursuz çıxışdan sonra keçirdiyi 5 yoldaşlıq matçında qol buraxmadan qalib gəlib. Bu oyunlarda ümumilikdə 11 qol vurub. Uruqvay isə son 3 matçında məğlub olub.

Məlumat üçün bildirək ki, Uruqvay Braziliyanı sonuncu dəfə 1 iyul 2001-ci ildə 1:0 hesabı ilə məğlub edib. Geridə qalan 17 ildə iki komanda arasında keçirilən 10 oyunda Braziliya 7 qələbə qazanıb, 3 oyun isə bərabərə bitib.