Neymar cəzalana bilər

neymar-cezalana-biler
Oxunma sayı: 854

UEFA-nın Nizam-İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarla bağlı intizam işi açıb.

“Qafqazinfo” xəbər verir ki, buna braziliyalı hücumçunun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra İnstaqramdakı hesabında UEFA və hakimləri sərt sözlərlə təndiq etməsi səbəb olub.

27 yaşlı hücumçu son dəqiqələrdə PSJ-nin qapısına təyin edilən penaltinin doğru olmadığını deyib:

“Bu rəzalətdir. UEFA VAR sisteminin başına epizodları incələmək üçün fuboldan başı çıxmayan 4 nəfər qoyub. O epizodda əllə oynama yox idi. Arxası dönmüş vəziyyətdə əllə necə oynamaq olar?”.

Xatırladaq ki, PSJ sözügedən penaltidən buraxdığı qol nəticəsində ÇL-də mübarizəni dayandırıb.