Neymar PSJ-də onun baş məşqçi olmasını istəyir

neymar-psj-de-onun-bas-mesqci-olmasini-isteyir
Oxunma sayı: 3493

Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymar komandaya yeni baş məşqçi gətirilməsini istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Barselona” sabiq baş məşqçisi Luis Enrikeni bu posta layiq görür.

Neymar bununla bağlı fikirlərini klubun prezidenti Nasser Əl-Xəlafiyə bildirib. Paris klubunun buna müsbət baxdığı vurğulanıb.

Qeyd edək ki, Çempiolaq Liqasında mübarizəni dayandıran Paris klubunun bu mövsümün sonu hazırkı baş məşqçi Unai Emeri ilə yolları ayıracağı gözlənilir.