Neymar PSJ-yə şərt qoydu - Həftəyə 1 milyon

neymar-psj-ye-sert-qoydu
Oxunma sayı: 3621

Braziliyalı ulduz futbolçu Neymar PSJ klubuna şərt qoyub.

“Qafqazinfo” “Sunday Times”a istinadən xəbər verir ki, hücumçu Paris klubunda qalması üçün maaşının artırılmasını istəyib. İddiaya görə, Neymar PSJ-dən həftəsinə 1 milyon funt-sterlinq (1,3 milyon avro) tələb edib.

Neymarın Fransada çox darıxdığı da bildirilir. Oyunçunun “5 aydır burdayam amma 5 ildir kimi hiss edirəm”,-dediyi də vurğulanır.

Qeyd edək ki, Neymar 2017-ci il yay transfer dönəmində 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib.