Neymar Romarionu üstələdi

neymar-romarionu-usteledi
Oxunma sayı: 1352

Braziliya millisinin hücumçusu Neymar  ölkəsinin tarixinə düşüb. "Qafqazinfo" xəbər verir ki, forvard ən çox qol vuranlar siyahısında 3-cü pilləyə yüksəlib.

O, Romarionu bu sıradan sıxışdırıb çıxarıb. 56 qol vuran Neymar Romarionun 55 qolunu keçməklə adını tarixə yazdırıb. 

O, bu siyahıda yalnız Pele və Ronaldodan geri qalır.