Neymarı 10 milyona ala bilərdilər - Ancaq...

neymari-10-milyona-ala-bilerdiler
Oxunma sayı: 1798

PSJ-nin hücumçusu Neymarla bağlı maraqlı məlumat ortaya çıxıb.

“Qafqazinfo” Offsideplus-a xəbər verir ki, ötən il 222 milyon avro qarşılığında “Barselona”dan Paris təmsilçisinə keçərək, bütün dövrlərin transfer rekordunu qıran braziliyalı futbolçu vaxtilə indikiylə müqayisədə çox kiçik məbləğə Rusiyanın “Lokomotiv” klubuna keçə bilərmiş.

Bu barədə Moskva klubunun o vaxtkı prezidenti Nikolay Naumov Rusiya mətbuatına açıqlamasında məlumat verib. Naumov Neymarı 2008-ci ildə, Aralıq dənizi kubokunda gördüklərini, o vaxt 16 yaşı olan hücumçunu 10 milyon avro qarşılığında almaq imkanları olsa da, bu riskə getmədiklərini deyib:

“Neymarı o vaxt ala bilərdik. Ancaq çox gənc və braziliyalı olduğuna görə bu riskə getmədik”.

Xatırladaq ki, Neymarın Avropa karyerası bu tarixdən bir qədər gec, 2013-cü ildə başlayıb. “Barselona” braziliyalı hücumçunun transferi üçün “Santos”a 88,2 milyon avro ödəmişdi.