Neymarı 3 oyunluq diskvalifikasiya gözləyir

neymari-3-oyunluq-diskvalifikasiya-gozleyir
Oxunma sayı: 1337

UEFA “Pari Sen Jermen”in hücumçusu Neymara qarşı ittiham irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. UEFA braziliyalını 3 oyunluq uzaqlaşdıra bilər. 

Xatırladaq ki, Neymar zədəsi səbəbindən matçı qaçırmışdı. Oyundan sonra İnstagramdan paylaşım edərək hakimlər briqadasını tənqid etmişdi.

Qeyd edək ki, PSJ iki oyunun yekununda “Mançester Yunayted”ə məğlub olaraq Çempionlar Liqasını tərk edib.