“Nəzarət kitabçası”na dəyişikliklər edildi

nezaret-kitabcasina-deyisiklikler-edildi
Oxunma sayı: 710

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, Əsasnamənin 1.1. 2.2-ci bəndində "nömrəsi," sözündən sonra "sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu," sözləri əlavə edilib. 1.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilib:

"2.4-1. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.";

1.3. Əsasnamənin əlavəsi - "Nəzarət kitabçası"na aşağıdakı məzmunda 11-ci sütun əlavə edilib: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu".

Nigar Məmmədli