Nicat Dağların son durumu – - Fotolar

nicat-daglarin-son-durumu-
Oxunma sayı: 2207


“Qafqazinfo” xəbər verir ki, həmkarları Nicat Dağların durumu ilə maraqlanıb, ona yaxın günlərdə müalicə üçün yola düşəcəyi Almaniya səfərində uğurlar arzulayıblar.

Nicat özünü yaxşı hiss etdiyini, qəbul etdiyi dərmanların köməkliyi ilə orqanizminin getdikcə gücləndiyini deyib.

Jurnalist hər şeydən əvvəl onunla bağlı dövlət başçısı tərəfindən verilən qərarın həm özündə, həm də ailəsində böyük stimul yaratdığını söyləyib: “Mənim bütün xərclərimi ödəyiblər. Ümumiyyətlə, nə lazımdırsa, dərhal həll edilir. Bu gün Gürcüstana sonuncu analizlərimi verməyə gedirəm. Ordan Bakıya qayıdıb bir neçə gün istirahət etdikdən sonra Frankfurta yola düşəcəyəm. Mənim artıq səfərlə bağlı həm vizam, həm də digər məsələlərim həll edilib. 

Bir jurnalist kimi başıma gələnlər, bu xəstəlik prosesi, dostlarımın və hər şeydən əvvəl prezident İlham Əliyevin bu böyük addımı haqqında yazmaq istəyirəm. Təbii ki, sağalıb qayıdandan sonra... Xalid Kazımlının yazısını oxuyanda ağlamaq məni tutdu. Dostlara o qədər borcluyam ki... Mənimlə bağlı baş verənlərin şokundan, yaxşı mənada çıxa bilmirəm. Hər kəsə təşəkkür edirəm”.