NİDA-çının iddiası təmin olunmadı

nida-cinin-iddiasi-temin-olunmadi
Oxunma sayı: 639

Bu barədə “Qafqazinfo”ya hərəkatın mətbuat koordinatoru Elmin Bədəlov məlumat verib. O bildirib ki, artıq məhkəmə prosesesi yekunlaşıb. Əzizovun apellyasiya şikayəti təmin olunmayıb.

E. Bədəlov qeyd edib ki, Nidaçılar və başqa fəal gənclər- təxminən 50 nəfər məhkəmə keçirilən binanın qarşısındadırlar: “Biz Məhəmmdin fotosunu köynəyimizə yapıştırmışıq. Bununla onun həbsinin qanunsuz olduğuna öz etirazımızı bildiririk”.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 4 üzvü - Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Novruzlu həbs olunub. “Amnesty İnternational” beynəlxalq təşkilatı 4 gəncin həbsini siyasi sifariş hesab edir və onların dərhal azadlığa buraxılmasını tələb edir. Adıçəkilən təşkilat gəncləri vicdan məhbusu elan edib.

Gülnar