“Nida”çının iddiası təmin olunmadı

nidacinin-iddiasi-temin-olunmadi
Oxunma sayı: 650

Gənc fəalın vəkili Xalid Bağırov “Media forum” saytına bildirib ki, apellyasiya instansiyası şikayəti təmin etməyib, rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.