Niderlandın Limburq əyalətində bıçaqla silahlanmış şəxs insanlara hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Algemeen Dagblad” qəzeti məlumat yayıb.
Məlumata əsasən, insident Maastrix şəhərində qeydə alınıb. Hücum nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. Polis artıq şübhəli şəxsi saxlayıb.
Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, hücum terrorla əlaqəsi yoxdur.