Niderlandda tramvaya atəş açan Türkiyə vətəndaşıdır - Atası danışdı

niderlandda-tramvaya-ates-acan-turkiye-vetendasidir
Oxunma sayı: 2494

Niderlandın Utrext şəhərində tramvaya atəş açıb 3 nəfəri öldürən şəxsin türkiyəli Gökmən Tanış olduğu bildirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şübhəlinin insidenti ailəvi məsələlər səbəbindən törətdiyi iddia edilir. Digər tərəfdən onun Yeni Zelandiyadakı məscidlərdə törədilən terrora cavab olaraq bu addımı atdığı deyilir. Şübhəlinin atası Mehmet Tanış oğlu ilə 11 ildir danışmadığını deyib:

“2008-ci ildə əmisi qızı ilə evlənib, 2 ay sonra boşandı. 11 ildir, onunla danışmıram. Edibsə, cəzasını çəksin”. 

Qeyd edək ki, Niderlanddakı hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.