Niderlandda tramvayda atışma - 3 ölü, 9 yaralı+Yenilənib

niderlandda-tramvayda-atisma
Oxunma sayı: 1840

Niderlandın Utrext şəhərində tramvayda atışma baş verib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 

İnsidentin təfərrüatları hələ ki, açıqlanmır. 

Hazırda dəmir yolu stansiyasına giriş bağlanıb.

***

“Röyters” xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb.

***

Niderlandda tramvaya açılan atəş nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. İnsidentin səbəbləri araşdırılır.