Nigar Camal da “Jara”da olacaq

nigar-camal-da-jarada-olacaq
Oxunma sayı: 2266

25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında müğənni Nigar Camal da iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 26 iyul tarixində çıxacaq.

Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artist Miri Yusif, müğənnilər İlqar Xəyal və Çingiz Mustafayevdir.