Nigar Camalın sözləri DYP-ni ayağa qaldırdı

Nigar Camalın sözləri DYP-ni ayağa qaldırdı
Oxunma sayı: 123

"Eurovision" 2011-in qalibi Nigar Camalın yol polisləri ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə cavab çox gecikməyib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi müğənniyə cavab verib. “Qafqazinfo” xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Lent.az-a bildirib ki, iyunun 18-də Nigar Camalın şəxsi Facebook hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb:

"Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün, ilk növbədə, Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır.

İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmnuniyyətlə, onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi