Nigar Mətanətə söz atdı - “Limon suyu içirəm” + Video

nigar-metanete-soz-atdi
Oxunma sayı: 6181

Müğənni Nigar Camal Mətanət Əsədovaya söz atıb. “Qafqazinfo” xəbər verir ki, Yunanıstanda istirahətdə olan sənətçinin videosunu bu dəfə həmkarı Eldar Qasımov paylaşıb.  

Görüntüləri lentə alan aparıcı Ranar Musayev iki tanınmış şəxsə "Nə içirsiz" sualını verib. Nigar isə gülərək “Limon suyu içirəm” deyib.

Bu məqamda bildirək ki, bir müddət əvvəl müğənni Mətanət Əsədovanın spirtli içki içdiyi iddia edilən videosu paylaşılmışdı. İfaçı açıqlamasında spirtli deyil, limon suyu içdiyini bildirmişdi.