Nigarın 38 yaşı tamam oldu - Fotolar

nigarin-38-yasi-tamam-oldu
Oxunma sayı: 4229

Ötən gün müğənni Nigar Camal ad gününü qeyd edib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi doğum gününü iki gün əvvəl dostları ilə birgə keçirib. 

Bakının məşhur klublarının birində baş tutan gecəyə Nigarın yaxın dostları qatılıb. Onlar arasında müğənni Eldar Qasımov, Samir Cavadzadə, Zəhra Bədəlbəyli və başqalarını misal çəkmək olar.

Qonaqlar ad günündən çəkilən görüntüləri sosial şəbəkədə paylaşaraq ifaçını bir daha təbrik ediblər. 

Qeyd edək ki, Nigar Camalın 38 yaşı tamam olub.