Nigeriyada cinayətkarlar əhaliyə hücum etdi - 60-dan çox ölən var

nigeriyada-cinayetkarlar-ehaliye-hucum-etdi
Oxunma sayı: 657

 Nigeriyada yerli sakinlərə hücum edən cinayətkar qruplaşmanın 59 üzvü, dinc əhalidən isə 7 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Cancibqa yaşayış məntəqəsində olub. 180 nəfərdən çox qruplaşma üzvü əhaliyə hücum edərək Zamfara ştatında bir neçə nəfəri qətlə yetirib.

Hərbçilərin müdaxiləsindən sonra cinayətkarlarla toqquşma olub. İnsident 4 saatadək davam edib.