Nigeriyada çobanlar və fermerlər arasında atışma - 37 ölü var

nigeriyada-cobanlar-ve-fermerler-arasinda-atisma
Oxunma sayı: 645

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaduna vilayətinin Banono kəndində baş verib.

Çobanlar fermerləri onların heyvanlarını oğurlamaqda ittiham ediblər. Mübahisə zamanı bir gənc çoban öldürülüb.

Daha sonra digər çobanlar onun intiqamını almaq üçün fermerlərə hücum ediblər. Atışma zamanı iki tərəfdən ümumilikdə 37 nəfər ölüb.

Qeyd edək ki, Fulani tayfasının çobanları olan şəxslərin xüsusilə xristianların kompakt yaşadığı ərazilərdə İslam dini təbliğatı apardıqları iddia edilir.