Nigeriyada Novruz bayramı ilə bağlı tədbir

nigeriyada-novruz-bayrami-ile-bagli-tedbir
Oxunma sayı: 1204

Nigeriyanın Laqos şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Fransız Qadınları Assosiasıyasının və Azərbaycanın Dostları Təşkilatının iştirakı ilə keçirilən tədbirdə bayram süfrəsi açılıb, milli yeməklərimiz və şirniyyatlarımız qonaqlara təqdim edilib, xonçalar düzülüb.

Tədbirdə çıxış edən Nigeriyada yaşayan azərbaycanlı və Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bernard qonaqlara Novruz bayramı haqqında, adət-ənənələrimizlə bağlı geniş məlumat verib.

Sonda qonaqlara milli musiqimiz və rəqslərimiz təqdim edilib.