Nigeriyada qızılcadan 17 nəfər öldü

nigeriyada-qizilcadan-17-nefer-oldu
Oxunma sayı: 647

Nigeriyanın Borno əyalətində qızılca epidemiyası sürətlə yayılmağa davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, son iki həftədə 10 min nəfərdə epidemiya aşkarlanıb.

Məlumata görə, onlardan 17 nəfər dünyasını dəyişib. Ölənlərdən çoxu 6 yaşdan kiçik uşaqlardır.

Qeyd edək ki, son zamanlarda Filippin və ABŞ-ın Nyu-York ştatında da qızılca epidemiyası yayılıb.