Nigeriyada sel fəlakəti - 200 nəfər öldü

nigeriyada-sel-felaketi
Oxunma sayı: 1153

Nigeriyanın Adamava әlalәtindә leysan yağışları güclü daşqınlara səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 200 nәfәr dünyasını dəyişib.

300 mindәn çox adam isə evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Xatırladaq ki, Nigeriyada sentyabrda Niger və Benue çaylarının daşması səbəbindən 120-dən çox insan ölmüşdü.