Nihad Doğan saxlanıldı - İki bacıya görə

nihad-dogan-saxlanildi
Oxunma sayı: 6254

Türkiyəli müğənni Nihad Doğanın 11 və 17 yaşlı iki bacını məcburən evində saxladığı iddia edilib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, valideynlər 2 saat ərzində qızları ilə əlaqə saxlaya bilməyiblər.

Daha sonra onların Nihad Doğanın evində olduğunu öyrəniblər və polislə birlikdə evə basqın ediblər. İfaçı polis idarəsinə aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.

N.Doğanın meneceri Sərdar Eriş isə hadisənin necə baş verdiyini danışıb:

“Nihad bəyin evi küçəyə baxan bir yerdədir. Onu da evin qarşısında həmin bacılar görüblər və şəkil çəkdirmək istəyiblər. Biri də qızların valideynlərinə gedib deyib ki, “Sizin uşaqlar Nihad Doğanın qaldığı yerə gediblər”. Uşaqların atası da polisə şikayət edib ki, guya Nihad Doğan onların qızlarını məcburən evdə saxlayıb. Halbuki uşaqlar şəkil çəkdirib gediblər”.

Müğənninin vəkili Əbdürrəhim Elitaş da iddiaların əsassız olduğunu və hazırda ailənin şikayətçi olmadığını açıqlayıb.