Nihat Kahveci də Bakıya gəlir - Yenilənib

nihat-kahveci-de-bakiya-gelir
Oxunma sayı: 2000

Martın 3-də, saat 12:30-da Bakıda Avropa liqası finalına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yerju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. 

Qarşılaşma hər kəs üçün açıq olacaq. 

***

Bakıya gələcək ulduzlar siyahısına daha biri əlavə olunub. Söhbət Türkiyə futbolunun qızıl nəslinin nümayəndəsi Nihat Kahvecidən gedir. “Real Sosyedad”ın heyətindəki oyunları ilə Azərbaycan azarkeşlərinin ürəyinə yol tapan Nihat milli komandanın heyətində həm dünya çempionatının, həm də Avropa çempionatının bürünc mükafatlarına yiyələnib. 

Kahveci futbolçu karyerasını “Beşiktaş”da bitirib.