Nikah mərasimində qızıl üstündə dava - 1 nəfər bıçaqlandı

nikah-merasiminde-qizil-ustunde-dava
Oxunma sayı: 653

İstanbulun Kağıthane qəsəbəsində baş tutan nikah mərasimində qan düşüb.

“Qafqazinfo” xəbər verir ki, gənclər evləndikdən sonra zinət əşyalarının taxılması mərasimi olub. Hadisə də zaman baş verib.

Məlumata görə, gəlinin anası qızılları öz çantasına qoyub. Oğlan evinin adamlarından biri buna etiraz edib və iki tərəf arasında dava düşüb.

Dava zamanı gəlinin əmisi oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerindən qaçan cinayətkarı axtarır.