Nikaraquada aksiyada ölənlərin sayı 448 nəfər oldu

nikaraquada-aksiyada-olenlerin-sayi-448-nefer-oldu
Oxunma sayı: 1492

Nikaraquada hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı 448 nəfərə çatıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, ölənlərdən 31-i azyaşlıdır. 2 min 83 nəfər isə yaralıdır.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları apreldən keçirilir. Aksiyalara səbəb hökumətin təklif etdiyi islahatlardır. Prezident Daniel Orteqa artıq bu islahatlardan imtina etsə də, mitinqlər dayandırılmayıb. Orteqa isə müxalifətin tələb etdiyi növbədənkənar seçkilərin keçirilməsindən imtina edir.