NIKOIL | Bank iftar süfrəsi təşkil etdi

nikoil-bank-iftar-sufresi-teskil-etdi
Oxunma sayı: 642

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə NIKOIL | Bank növbəti sosial aksiya keçirib.

"Qafqazinfo" xəbər verir ki, Bank Bakı məscidlərinin birində bayram iftarı təşkil edib. Ənənəvi duanın oxunması və namaz ilə başlanan tədbirdə 150 nəfərə yaxın dindar iştirak edib.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil