NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu

nikoil-bank-reqbi-uzre-beynelxalq-turnire-destek-oldu
Oxunma sayı: 636

22-23 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında “Nikoil Cup” reqbi turniri keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, “NİKOYL” Bankın sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edib. Bunlar: «Qarabağ», «Tiqrı», «TİSA Titans» (Azərbaycan), «Tsikara», «Mimino», «Vefxvebi» (Gürcüstan), «Drakonı», «Medvedi» (Rusiya) komandalarıdır. «Qarabağ» reqbi klubu, Azərbaycan Reqbi Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatın sponsoru kimi çıxış ediblər. Turnirin qalibi Rusiyanın Penza şəhərinin «Drakonı» komandası olub. İkinci yeri «Vefxvebi» (Gürcüstan), üçüncü yeri isə Gürcüstanın «Mimino» komandası tutub. 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil