NIKOIL Bank xeyriyyə missiyasını davam etdirir

nikoil-bank-xeyriyye-missiyasini-davam-etdirir
Oxunma sayı: 3339

Yarandığı gündən NIKOIL | Bank həmişə öz korporativ sosial məsuliyyəti ilə fərqlənibvə bu gün xeyirxahlıq missiyasını “Mərhəməti qəlblərdə yaşadaq” şüarı altında davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, 21 avqust müqəddəs Qurban bayramı ilə əlaqədar NIKOIL êBank Qarabağ müharibəsi əlillərinə, veteranlara, qaçqınlara, məcburi köçkünlərə, az təminatlı və şəhid ailələrinə bayram sovqatının paylanılması ilə bağlı ənənəvi xeyriyyə aksiyasını keçirib. Qurban Bayramı ərəfəsində NIKOIL êBank öz diqqəti ilə yüzdən çox ailəni sevindirə bildi.

NIKOIL êBank Müqəddəs Qurban Bayramı münasibəti ilə dünyanın bütün müsəlmanlarını ürəkdən təbrik edir və öz «Mərhəməti qəlblərdə yaşadaq» şüarı altında şəfqətə və xeyirxahlığa çağırır.

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank