Nino Burcanadzenin ərinə 5 illik həbs

nino-burcanadzenin-erine-5-illik-hebs
Oxunma sayı: 654

Hökmü hakim Dali Metreveli elan edib. Onun sözlərinə görə, ittiham tərəfi Bisadzenin təqsirinin bir sıra sübutlarını təqdim edib. O, Gürcüstan Cinayət Məcəlləsinin 353-cü (ictimai asayiş keşikçilərinə və ya hakimiyyətin digər nümayəndələrinə qarşı qrup tərəfindən edilən müqavimət, təhdid və zorakılıq) maddəsi ilə ittiham olunub. İş "Xalq Yığıncağı"nın Tbilisidə beş gün ərzində keçirilən və mayın 26-na keçən gecə dağıdılan etiraz aksiyası zamanı qanunsuz hərəkətlərə aiddir.

Hakim bildirib ki, sübut kimi disk yazıları təqdim edilib. Disklərdə Bisadzenin polisə necə müqavimət göstərməsi, eləcə də onun müqavimət qrupunun təşkili məqsədilə görüşləri görünür. Bundan başqa, Bisadzeni müqavimət qrupunun təşkilində təqsirli bilən şəxslərin ifadələri təqdim edilib.

Müdafiə tərəfi şəhər məhkəməsinin qərarından bir ay ərzində apelyasiya şikayəti verə bilər. Hökmün elanında Nino Burcanadze və müxalifətin digər liderləri iştirak edib. Onlar heç bir şərh verməyiblər.

Bisadzenin olduğu yer hələ də məlum deyil. Təxminən may hadisələrindən sonra o Gürcüstanı tərk edib. Onun həyat yoldaşı - Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze onun harada olduğunu bilmədiyini deyir.

Trend