Nişanlısı Bengü ilə toyuna sərvət xərcləyəcək

nisanlisi-bengu-ile-toyuna-servet-xercleyecek
Oxunma sayı: 7774

Avqustun 29-da müğənni Bengü ilə evlənməyə hazırlaşan sahibkar Səlim Səlimoğlu toyu üçün sərvət xərcləyəcək.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, iş adamı 600 nəfərlik məclisi üçün heç bir xərcdən çəkinməyib. Belə ki, Səlimoğlu Bengünün evində təşkil ediləcək xına gecəsi, gəlinlik, nikahdan sonrakı qonaqlıq, toy və bal ayı üçün 1 milyon lirə sərf edəcək. Bengü toyunda salonun gül-çiçək bağçasına çevrilməsini istədiyindən nişanlısı dörd yük maşını orxideya, pion və çöl çiçəkləri gətirdəcək.

Salonun dekorasiyası üçün 150 min lirə pul sərf ediləcək. Cütlük bal ayında isə Avropa turuna çıxacaq. İlk ziyarət edəcəkləri şəhər Paris olacaq. Buna səbəb isə Səlimin Bengüyə məhz Parisdə evlilik təklif etməsidir. Bu münasibətlə o hətta müğənniyə 250 min lirəlik üzük də almışdı.