“Nissan” 130 minə yaxın avtomobili geri çağırıb

“Nissan” 130 minə yaxın avtomobili geri çağırıb
Oxunma sayı: 757

“Nissan” şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2008-ci ilin avqustundan 2014-cü ilin avqustunadək satılmış “Note (E11)” və “Tiida (C11)” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi