“Nissan” minlərlə avtomobili geri çağırdı

nissan-minlerle-avtomobili-geri-cagirdi
Oxunma sayı: 1152

Yaponiyanın məşhur "Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, buna avtomobillərin naqillərində və təhlükəsizlik yastıqlarınında yaranan nasazlıq səbəb olub.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.