“Nissan”ın CEO-su işdən qovuldu

nissanin-ceo-su-isden-qovuldu
Oxunma sayı: 1506

Maliyyə maxinasiyasında şübhəli bilinərək həbs edilən Yaponiyanın “Nissan” avtomobil şirkətinin direktorlar şurasının sədri Karlson Qon vəzifəsindən azad edilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, direktorlar şurasında baş tutan səsvermədə onun və direktor Qreq Kellinin qovulması yekdilliklə qəbul edilib. 

Bundan başqa, şirkət rəhbərliyi şura üzvlərindən birinin sədr vəzifəsinə gətirilməsi üçün xüsusi komissiya yaradılmasına qərar verib. 

Qeyd edək ki, Qon 2010-2015-ci illər ərzində gəlirlərinin demək olar ki, yarısını – təxminən 44 milyon dollarını gizlətməkdə şübhəli bilinir. Yapon KİV-i onun şirkətin hesabına Rio-de-Janeyro, Paris, Amsterdam və Beyrutda bahalı daşınmaz əmlaklar aldığını yazıb. 

Yerli qanuna görə, gəlirlərini gizlətdiyi üçün onu 10 il həbs və ya 100 min dollar həcmində cərimə gözləyir. Üçüncü halda isə hər ikisi tətbiq edilə bilər.