“Niva” “Mercedes”lə toqquşdu, ölən var

“Niva” “Mercedes”lə toqquşdu, ölən var
Oxunma sayı: 1035

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Niva" ilə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan "Niva"nın sərnişini, Dağ Kəsəmən kənd sakini, 1989-cu il təvəllüdlü Heydənov Elvin Rasim oğlu xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi