“Niyə ağlayaraq mənə zəng etməlidirlər?”

niye-aglayaraq-mene-zeng-etmelidirler
Oxunma sayı: 3053

Müğənni Samir Cavadzadə xəstəxanaya düşməsi barədə sosial şəbəkədə açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, ifaçı mətbuatda yazıldığı kimi nasazladığını təsdiq edib, lakin gözündə yox, öd kisəsində problem yarandığını söyləyib:

“Bu məlumatlara görə niyə ailə üzvlərim narahat olub mənə ağalayaraq zəng etməlidirlər? Bəli, 1 həftədir nasazam. Amma məlumatda yazıldığı kimi konyuktivit deyil. Öd kisəsi ilə bağlıdır. Konyuktivit nə halda olmalıdır ki, xəstəxanaya düşəsən. Mən gündəmdən və efirdən qaçan insanam və bu cür yersiz reklamlar mənə xas deyil”

Xatırladaq ki, sənətçinin xəstəxanada olma xəbərini həmkarı Roza Zərgərli konserti ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi. 

Məlumata görə, ifaçının gözləri iltihablanıb və şişib. Hazırda müğənni konyuktivitdən müalicə olunur.