Niyə arıqlaya bilmirik? - Həkim məsləhəti

niye-ariqlaya-bilmirik
Oxunma sayı: 4360

“Qida məhsulları alarkən düzgün seçim etmək lazımdır. Faydalı olduğunu düşünərək aldığımız qida bəzən tam əksinə zərər verə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Endokrinoloq Fərhad Burzu sosial şəbəkədə paylaşıb.

Həkimin sözlərinə görə, satışda olan hər yulaf düşünüldüyü qədər faydalı deyil: “Məsələn, sıyıq həm dadlı, həm faydalı səhər yeməyidir. Ancaq 5 dəqiqəyə bişən yulaf yarmasının zərəri daha çoxdur. Uzun müddətlik doyumluq hissi vermir, bir saatdan sonra aclıq hissi qayıdır və yağ təbəqəsinə yığılan artıq karbohidratlar almış olursunuz. 5 dəqiqəlik sıyığlar çox işlənmiş olur və orqanizmə, demək olar ki, fayda vermir. Elə bil, bir dilim tort yeməyə bərabərdir. Artıq kaloriləri hardan aldığınızın və sonra arıqlaya bilməməyinizin səbəbi nədir bilirsinizmi?! Çay və qəhvə. Çünki bunları şirniyyatsız içmək mümkün deyil. Gəlin etiraf edək ki, çay içəndə bir konfet və ya başqa bir şirniyyatı mütləq yemək istəyirik. Gündəlik su normanızı içdiyiniz halda şirniyyat yemə istəyi və tələbatı da azalır”.

Həkim insanları sağlamlıqları üçün satışda olan süd, xama və bunun kimi məhsullardan uzaq durmağa çağırıb: “Bacardığınız qədər təbii kənd məhsullarından istifadə edin. Çünki mağazalarda satılan süd və süd məhsullatının tərkibində bir sıra zərərli maddələr mövcuddur”.