“Niyə?” filminin qalasına məşhur axını... - Fotolar

niye-filminin-qalasina-meshur-axini
Oxunma sayı: 6717

Ötən gün “Park Cinema Flame Towers”də “Niyə?” filminin qala gecəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, “Xəzər Media Centər”in ərsəyə gətirdiyi ekran işinin təqdimatına məşhurlar axın adıb.

Layihənin premyerası maraqlı məqamlarla yadda qalıb. Gecədə üç küsülü məşhur- Aygün Kazımova, Röya Ayxan və Natavan Həbibi bir arada olub. Kazımova gecəyə tez qatılsa da, həmkarı Faiq Ağayev və Rəhim Rəhimli ilə bir arada olub.

Natavan Həbibi isə zala daxil olan kimi mətbuat üzvlərinin suallarını cavablandırıb. O bildirib ki, Aygünün qalada olduğundan xəbərsizdir. Röya Ayxan isə filmin təqdimatına gec qatılıb.

Bundan əlavə, gecədə teleaparıcı Kamilə Babayeva və həyat yoldaşı İbrahim Rzabəyov ilə birgə qatılıb.
4 ildir ki, evil olan cütlük uzun müddətdən sonra kameralara poza veriblər.

Həmçininin, teleaparıcı Şəhla Vakkas gecədə əsas diqqətçəkən məşhurlardan biri olub. O, qalaya qardaşının türk xanımı ilə birgə qatılıb.

“Niyə?” layihəsinin premyerasında Günay İbrahimli, Abbas Bağırov, Zamiq Hüseynov, Səidə Sultan, Niyam Salami, Tarix Əliyev və başqaları iştirak ediblər.

Gec başlayan qalada baş qərhəmanlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev mətbuat üzvlərinin suallarını cavablandırıblar.Onlar filmin uğurlu olacağını bildiriblər.

Qalanın sonunda isə bir çox məşhurlar filmi bəyənmədiklərini, layihənin uğursuz olduğunu söyləyiblər.
Xatırladaq ki, ekran işinin baş prodüseri Coşqun Vəliyev, ssenarini müəllifi Fərda Xudaverdiyev, quruluşçu rejissoru Ruslan Hüseynov, rejissoru Anar Almazovdur.

Elvin Elxan