“Niyə toyda 100 kişi bir xanıma baxmalıdır?”

niye-toyda-100-kisi-bir-xanima-baxmalidir
Oxunma sayı: 3060

“Özümü tərifləmirəm, amma hər zaman hərəkətlərim yerində olub. Bu gün mənə yaraşmaz ki, kişi məclislərində çıxış edim. Bəylərə hörmətim var. Amma hansısa 100 kişi yığışaraq yubiley keçirsin, toy etsin, mən də orada olum? Getmərəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” proqramına qonaq olarkən deyib. O, yüksək qonorar versələr də, kişi məclislərinə getməyəcəyini qeyd edib:

“Bu gün həyat yoldaşıma hörmət olaraq kişi məclislərinə getmirəm. Pis çıxmasın, bəylər olan yerdə içki aləmi olur. Niyə toyda 100 kişi bir xanıma baxmalıdır? Hər zaman deyirəm ki, sadəcə toya gedə bilərəm. Kişi məclisində işim yoxdur. Ailəli insanam və mənə yaraşmaz. Ora kef əhlidir və 50 kişinin biri özündə olur, biri yox. 10 min də versələr getmərəm”.