Niyə “Zeytun budağ”ı və 72 təyyarə? - Analiz

niye-zeytun-budagi-ve-72-teyyare
Oxunma sayı: 7033

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində əməliyyata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Bu gün səhər saatlarından etibarən Azad Suriya Ordusu da bölgədə geniş miqyaslı əməliyyata başlayaraq Türkiyə ordusuna dəstək verir.

Məlumat üçün bildirək ki, Afrin bölgəsi 2012-ci ildə PYD/PKK birləşmələrinin nəzarətinə keçib. Ümumilikdə Suriyanın dörddə biri, Türkiyə-Suriya sərhədinin isə 65 faizi bu birləşmənin işğalındadır. Afrin, yerləşdiyi əraziyə görə Türkiyənin Kilis və Hatay şəhərlərini daima hədəf altında saxlayıb və tez-tez bu istiqamətlərə təxribatçı zərbələr endirilib.

Nəhayət dünən Türkiyə ordusu ərazilərinin təhlükəsizliyini təmin etmək və bölgədə terrorçuların fəaliyyətinə son qoymaq üçün “Zeytun budağı” əməliyyatına başladığını elan edib.

Əməliyyat niyə “Zeytun budağı” adlandırlıb?

Bölgənin əksər hissəsində zeytun ağaclarının olması, həm də bu ağacın sülhü xarakterizə etməsi səbəbindən əməliyyata bu ad verilib.

72 təyyarə nəyi təmsil edir?

Dünən əməliyyatda iştirak edən 72 təyyarə “Fərat Qalxanı” əməliyyatına xatırlatma mahiyyəti daşıyıb. Belə ki, 24 avqustda başlayan və 29 mart 2017-ci ildə (7 ay 5 gün) bitən əməliyyatda Türkiyə ordusu 72 şəhid vermişdi. “Zeytun budağı” əməliyyatında isə hər bir şəhid üçün bir təyyarə havaya qalxıb və şəhidlər bu yolla yad edilib.

Bu, həm də Türkiyə ordusunun ən çox təyyarə ilə iştirak etdiyi əməliyyat kimi də tarixə düşüb. Sonuncu dəfə İraqın şimalına təşkil edilən əməliyyatda 50 təyyarə iştirak etmişdi.