“Nizami Gəncəvi adına Qızıl medal” sahiblərinə təqdim olunub

nizami-gencevi-adina-qizil-medal-sahiblerine-teqdim-olunub
Oxunma sayı: 1553

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında “Nizami Gəncəvi adına Qızıl medal”ın təqdimetmə mərasimi keçirilib. 

"Qafqaİnfo" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub.

Tədbirdə bildirilib ki, Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edilib.
 
Beləliklə, dəniz neft və qaz kondensant yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə həsr edilən fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilib. Günel Türksoy