Nizami rayonunda akademikin xatirəsi anılıb

nizami-rayonunda-akademikin-xatiresi-anilib
Oxunma sayı: 947

Nizami rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu, ömrünü insanların sağlamlığının qorunmasına həsr etdiyini qeyd edərək, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Mili Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Zərifə xanım Əliyevanın bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etdiyini qeyd edərək, gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar apardığını, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu diqqətə çatdırıb. Yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verdiyini söyləyib.

Sonda Nizami rayon 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü tərəfindən Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş şeir səsləndirilib.