Nizami rayonunda əhalinin tibbi müayinəsi aparılıb - Fotolar

nizami-rayonunda-ehalinin-tibbi-muayinesi-aparilib
Oxunma sayı: 812

Prezident İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilin fevral ayının 10-dan may ayının 1-dək respublika ərazində olduğu kimi, Nizami rayonunda da əhalinin pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxanalar lazımi avadanlıqlarla  təchiz olunub, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.

Müayinənin ilk günündən qrafikə uyğun olaraq rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat kollektivləri və sakinlər 26 №-li Şəhər poliklinikası, 18 №-li Birləşmiş Şəhər Xəstəxanası və 32 №-li Birləşmiş Şəhər Xəstəxanasında rentgen, kardioloji, ultrasəs, stomatoloji, terapevtik və digər növ müayinələrdən keçirilirlər.

Qeyd edək ki, fevral ayının 10-dan bu günə kimi 2 yaşayış məntəqəsi üzrə tibbi müayinədən 33573 nəfər keçib, onlardan 1313 nəfər ambulator, 87 nəfər stasionar müayinəyə, 54 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 17 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb. 

Tərtib olunmuş qrafik əsasında idarə və təşkilatların kollektivləri də müayinəyə cəlb olunublar. Artıq 211 təşkilat və kollektiv tibbi müayinədən keçib, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.