Nizami rayonunda hərbi parad keçirilib

nizami-rayonunda-herbi-parad-kecirilib
Oxunma sayı: 2343

Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayon məktəblilərinin “Bu günün şagirdi sabahın əsgəridir” devizi altında hərbi paradı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, paradda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə, təşkilat, səhiyyə və təhsil ocaqlarının rəhbərləri, habelə rayon ictimaiyyəti, Rayon Veteranlar Şurasının, digər ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.

Parad dövlət himninin səsləndirilməsi ilə başlayıb. Musiqi sədaları altında Azərbaycanın dövlət bayrağı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gətirildikdən sonra rayonun 24 ümumtəhsil məktəbinin “Şahin” hərbi-idman oyunları üzrə komandaları, hərbi geyimli kiçikyaşlı şagirdləri və idman sahəsində nailiyyət qazanmış rayon məktəbliləri təntənəli sıra keçidi ilə İcra Hakimiyyətinin qarşısından keçiblər.